“Qalatasaray” prezidenti: “Çempion biz olacağıq, 2-ci və 3-cü yerin müzakirəsi gedir” - FOTO

“Qalatasaray” prezidenti: “Çempion biz olacağıq, 2-ci və 3-cü yerin müzakirəsi gedir” - FOTO
İdman 48

"Çempionluqla bağlı heç bir tərəddüdümüz yoxdur. Bütün diqqətimizi buna yönəldirik. Bazar axşamı (Beşiktaş derbisi) kimi yol qəzaları ola bilər".

BAKU.WS xəbər verir ki, bu sözləri “Qalatasaray” futbol klubunun prezidenti Dursun Özbek yerli mətbuata açıqlamasında deyib.

"Məğlub olmaq idmanda var. Bizim çox yaxşı heyətimiz, yaxşı texnikamız var. Digər komandalara uduzduq. Bundan təsirlənmirik. Çempionluğa ən böyük namizəd "Qalatasaray"dır. İkinci və üçüncü yerdə kimin olacağı müzakirəsi var", - deyə o bildirib.

“Qalatasaray” prezidenti: “Çempion biz olacağıq, 2-ci və 3-cü yerin müzakirəsi gedir” - FOTO

Sarı-qırmızılı klubun prezidenti Superliqanın 37-ci həftəsində "Fənərbaxça"nı qəbul edəcəkləri derbi ilə bağlı açıqlamalar verib:

"Qalatasaray-Fənərbaxça derbisinə çox əhəmiyyət vermirik. Adi liqa matçlarından biridir. Məncə, çempionluq düyünü həmin matça qədər açılacaq”.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər