"Qalatasaray" Osimheni Türkiyə futbolu üçün fantastik qiymətə transfer etdi

Türkiyənin "Qalatasaray" klubu İtaliyanın "Napoli" klubunun nigeriyalı futbolçusu Viktor Osimhenin transferini başa çatdırıb.
BAKU.WS xəbər verir ki, bu barədə klub məlumat yayıb.
Bildirilib ki, "Qalatasaray" Osimhen ilə 4 illik müqavilə imzalayıb və "Napoli"yə 75 milyon avro ödəyəcək. Bu, Türkiyə çempionatının yeni rekordu olub. Əvvəlki rekord 2024-cü ilin yayında İstanbulun "Fənərbaxça" komandasının 19,5 milyon avroya İspaniyanın "Sevilya" klubundan Mərakeş millisinin hücumçusu Yusif Ən-Nəsirini alması ilə müəyyən edilmişdi.
Osimhenin 26 yaşı var, o, ötən mövsümü icarə əsasında "Qalatasaray"da keçirib. Forvard klubda müxtəlif turnirlərdə 41 oyun keçirib, 37 qol vurub və 8 məhsuldar ötürmə edib. 26 qolla futbolçu Türkiyə çempionatının bombardiri olub.
Qeyd edək ki, nigeriyalı hücumçunun hər mövsüm üçün 18 milyon avro qazanacağı iddia olunur. Sözləşmədə yer alan bəndə əsasən, Osimhen növbəti 2 il ərzində heç bir İtaliya klubuna transfer oluna bilməz.
Oxşar xəbərlər
Yeni futbol mövsünü yaxınlaşır: Avropanın "Top-5" liqalarında kim çempion olacaq?
"İdmanda nə baş verir?" podkastının növbəti buraxılışı yayımlanıb. Bu dəfə verilişin qonağı idman jurnalisti Gəray Qiyasov olub. Buraxılışda Avropanın aparıcı f...