"Qalatasaray" İlkay Gündoğan üçün hərəkətə keçir
növbəti mövsüm üçün artıq transfer işlərinə başlayıb.
BAKU.WS "Ensonhaber"ə istinadən xəbər verir ki, gələn mövsüm avrokuboklarda mübarizə aparacaq iddialı heyət qurmaq istəyən, Okan Burukun idarə etdiyi "sarı-qırmızılılar", İspaniya nəhəngi "Barselona"nın yarımmüdafiəçisi İlkay Gündoğanı heyətinə qatmaq istəyir.
Dəfələrlə "Qalatasaray" tərəfdarı olduğunu dilə gətirən türk əsilli alman futbolçu üçün yay transfer dönəmində addım atılacaq.
Xəbərdə İstanbul təmsilçisinin komandanın yay transfer dönəmində İlkay Gündoğana mütləq təklif edəcəyi bildirilirdi.
Mövsümün əvvəlində kapitanı olduğu İngiltərə komandası olan "Mançester Siti"dən ayrılan 33 yaşlı futbolçu "Barselona" ilə müqavilə imzalayıb.
Komandanın performansı ilə bağlı tənqidlərlə gündəmə gələn təcrübəli futbolçu dəfələrlə tənqidlərin mərkəzində olub.
"Barselona"da yaşadığı bu problemlərin ayrılıq ehtimalını gücləndirdiyi bildirilib.
Gündoğan bu mövsüm "Barselona"nın heyətində 49 matçda meydana çıxıb və 5 qol vurub, 13 məhsuldar ötürmə edib.
Oxşar xəbərlər
"Barselona" ilə problem yaşayan İlkay Gündoğan addım-addım "CimBom"a doğru
Türkiyənin "Qalatasaray" klubu bu yay "Barselona"nın ulduzu İlkay Gündoğana təklif göndərəcək. BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, İlkay Katal...