"Qalatasaray" hücumçu transfer etdi

Qalatasaray hücumçu transfer etdi
İdman 128

"Qalatasaray" klubu Misirin "Zamalek" klubundan Mustafa Məhəmmədi transfer edib.

BAKU.WS xəbər verir ki, bu barədə "Zamalek" klubunun mətbuat katibi İssam Salem açılama verib.

Bildirilib ki, "Qalatasaray" bu transfer üçün 1,5 illik icarə haqqı olaraq 2 milyon dollar ödəyəcək.

"Sarı-qırmızılar" futbolçunun transfer hüququnu əldə etmək üçün əlavə 4 milyon dollar ödəməli olacaq.

Mustafa Məhəmməd bu mövsüm Misir Liqasında 4 matçda iştirak edib və 2 qol vurub. 24 yaşlı futbolçu son mövsümü 11 qolla bağlayıb.

Məhəmməd 4 dəfə Misir yığma komandasının formasını geyinib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər