"Qalatasaray"a "pul yağışı" - 95 milyon avro gəlir

"Qalatasaray"ın son illər meydanda əldə etdiyi uğurlu nəticələr azarkeşlərin klub məhsullarına marağını xeyli artırıb.
BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, klub təkcə meydanda deyil, meydandan kənarda da zirvədədir.
Belə ki, ardıcıl çempionatlar və flaş transferlər Cim-Bom üçün böyük gəlir mənbəyi yaradıb.
"GSStore" dövriyyəsinin 2024-2025 mövsümündə 3,5 milyard lirə (95 milyon avro) səviyyəsində olacağı müəyyən edilib.
Keçən il 2 milyard 461 milyon lirə (79 milyon avro) olan dövriyyə, əvvəlki il 1 milyard 105 milyon lirə (54 milyon avro) olub. "GSStore"un 2021-2022 mövsümü üçün dövriyyəsi 485 milyon lirə (36 milyon avro) olub.
Bildirilib ki, Dursun Özbək prezident seçildikdən sonra sarı-qırmızılıların dövriyyəsində 7 dəfə (xarici valyutada 3 dəfə) artım olub. Bu mövsümün sonunda satılan məhsulların sayının 4 milyon 800 minə çatması gözlənilir. Beləliklə, satış həcmlərində 3 dəfə artım olacaq.
Oxşar xəbərlər
"Qəbələ"nin futbolçusu: "Millidəki çıxışımla mənə göstərilən etimadı layiqincə doğruldacağam"
Millidəki çıxışımla mənə göstərilən etimadı layiqincə doğruldacağam. "Report" xəbər verir ki, bunu ilk dəfə Azərbaycan milli komandasına çağırılan "Qəbələ"nin f...
