Qadın azarkeş Messiyə görə meydançaya çıxdı
Yeniliklərdən dərhal xəbərdar olun
MLS-in 7-ci turu çərçivəsində keçirilən "İnter Mayami" - "Kolorado Rapids" matçında (2:2) azarkeş məşhur hücumçu Lionel Messi ilə şəkil çəkdirmək üçün meydana çıxıb.
Bu epizod ikinci hissəyə əlavə olunmuş vaxtda baş verib. Messi təəccüblənsə də, fanatı ilə şəkil çəkdirməkdən imtina etməyib.
Bir neçə asayiş keşikçisi, o cümlədən argentinalı futbolçunun şəxsi mühafizəçisi azarkeşin yanına qaçaraq onu meydandan uzaqlaşdırıb.
Xatırladaq ki, Messi keçən yay azad agent kimi "İnter Mayami"yə keçib. Bu müddət ərzində o, bütün turnirlərdə 20 matçda iştirak edib, 17 qol vurub və 7 qolun ötürməsini verib.
Oxşar xəbərlər
Messi və Ronaldo yenidən qarşı-qarşıya - FOTO
Messinin çıxış etdiyi ABŞ-nin "İnter Mayami" klubu 2024-cü il fevralın 1-də Kriştiano Ronaldonun komandası "Əl-Nəsr"lə yoldaşlıq oyunu keçirəcəyini açıqlayıb. B...