PSJ Ramosa 1+1 sxemi ilə müqavilə təklif edir: Qazanc 13 milyon

PSJ Ramosa 1+1 sxemi ilə müqavilə təklif edir: Qazanc 13 milyon
İdman 104

Madrid “Real”ından ayrılan Serxio Ramos PSJ klubu ilə danışıqlar aparır.

BAKU.WS "Oxu.az"a istinadən xəbər verir ki, ispaniyalı PSJ ilə iki illik müqavilə imzalamaq istəyir. Əgər şərtlər razılaşdırılarsa, hər il üçün 13 milyon avro qazanacaq.

Nəşr qeyd edir ki, “parislilər” 35 yaşlı futbolçu ilə birbaşa olaraq iki illik müqavilə imzalamaq istəmir. Buna görə də, klub Ramosa 1+1 sxemi ilə müqavilə təklif edir.

Xatırladaq ki, futbolçu “Real”la məhz müqavilə müddəti ilə bağlı fikir ayrılıqlarına görə razılığa gələ bilməyib. Madrid klubu futbolçu ilə yalnız bir illik müqavilə imzalamaq niyyətində olub.

Son xəbərlər