PSJ Markinyosla müqaviləni uzadır

PSJ Markinyosla müqaviləni uzadır
İdman 49

Fransanın PSJ klubu brazilyalı kapitanı Markinyosla müqaviləni uzadır.

BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, bu barədə jurnalist Fabrizio Romano məlumat yayıb.

Müdafiəçinin müqaviləsinin 2027-ci ilin yayınadək artırılacağı gözlənilir. Onun hazırkı müqaviləsi 2024-cü ilin iyununda başa çatır.

Qeyd edək ki, Braziliya millisinin üzvü olan 28 yaşlı futbolçu 2013-cü ildən PSJ-də çıxış edir.

O, Paris klubunun forması ilə 400-cü matçını keçirib.

Müdafiəçi bu mövsüm bütün turnirlərdə 37 oyuna çıxıb, 2 qol vurub.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər