PSJ ardıcıl ikinci dəfə UEFA Çempionlar Liqasının qalibi olub

PSJ ardıcıl ikinci dəfə UEFA Çempionlar Liqasının qalibi olub
İdman 14

UEFA Çempionlar Liqasının qalibi müəyyənləşib.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, həlledici görüşdə "Arsenal" ilə üz-üzə gələn PSJ qələbə qazanıb.

Macarıstanın paytaxtı Budapeştdəki "Puşkaş Arena"da baş tutan matçın əsas və əlavə vaxtında qalib müəyyənləşməyib - 1:1.

Hesabı 6-cı dəqiqədə "topçular"ın heyətində Kay Haverst açıb. Matçın 65-ci dəqiqəsində Usman Dembele penalti zərbəsindən hesabı bərabərləşdirib.

Hər biri 15 dəqiqədən ibarət əlavə iki hissədə qalib müəyyənləşmədiyindən penaltilər seriyasına ehtiyac duyulub.

Burada daha dəqiq oynayan parislilər (4:3) ardıcıl ikinci dəfə qitənin ən nüfuzlu klub turnirinin qalibi olublar.

Qeyd edək ki, PSJ tarixində 3-cü dəfə UEFA Çempionlar Liqasının finalında iştirak edib. 2020-ci ildə həlledici qarşılaşmada Almaniyanın "Bavariya" komandasına uduzan (0:1) Fransa təmsilçisi ötən mövsüm "İnter"i (İtaliya) 5:0 hesabı ilə məğlub edərək turnirin qalibi adını qazanıb.

Sonuncu dəfə 2006-cı ildə finala yüksəlmiş "Arsenal" isə bu titulu ilk dəfə qazanmaq üçün mübarizə aparıb. Premyer Liqa təmsilçisi 20 il öncəki matçda "Barselona"ya (İspaniya) 1:2 hesabı ilə məğlub olub.

PSJ və Arsenal UEFA turnirlərində ümumilikdə 8 dəfə üz-üzə gəliblər.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər