Premyer Liqa: "Sumqayıt" geridönüş edərək "Şamaxı"ya qalib gəlib
Misli Premyer Liqasının XIII turu çərçivəsində bu gün daha bir qarşılaşma baş tutub.
BAKU.WS xəbər verir ki, "Şamaxı" komandası öz meydanında "Sumqayıt"ı qəbul edib və oyun qonaqların qələbəsi ilə yekunlaşıb – 2:1. Ev sahiblərinin yeganə qolunu 70-ci dəqiqədə Karim Rossi vurub. "Sumqayıt" isə son dəqiqələrdə matçı çevirməyi bacarıb: 88-ci dəqiqədə Aleksa Yankoviç, 90+1-ci dəqiqədə isə Aleksandr Ramalinqon komandasına qələbə qazandırıblar. Görüşün sonlarında hər iki komandanın baş məşqçiləri aralarında yaranan mübahisəyə görə meydanı vaxtından əvvəl tərk etməyə məcbur olublar – hər ikisinə qırmızı vərəqə göstərilib.
Qələbə sayəsində xallarını 23-ə yüksəldən "Sumqayıt" turnir cədvəlinin beşinci pilləsinə yüksəlib. "Şamaxı" isə 14 xalla doqquzuncu sırada qərarlaşıb.
Bu gün turun növbəti matçında "Araz-Naxçıvan" səfərdə "Qəbələ" ilə qarşılaşacaq.
Xatırladaq ki, XIII turun digər oyunlarında "Zirə" "Kəpəz"ə 2:0, "Sabah" "İmişli"yə 3:0, "Qarabağ" isə "Karvan-Yevlax"a 2:0 hesabı ilə qalib gəlib. "Turan-Tovuz" – "Neftçi" görüşündə isə tərəflər qapılara yol tapa bilməyiblər.
Oxşar xəbərlər
İranlı futbolçular Asiya Kubokunda himni oxumayıb
İran qadın futbol millisi Asiya Kuboku çərçivəsində Cənubi Koreyaya qarşı keçirilən oyundan əvvəl dövlət himnini oxumayıb. BAKU.WS xəbər verir ki, bu barədə "M...