Premyer Liqa: "Qəbələ" son dəqiqələrdə məğlubiyyətdən xilas oldu

Premyer Liqa: Qəbələ son dəqiqələrdə məğlubiyyətdən xilas oldu
İdman 29

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXIII tura start verilib.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, açılış oyununda "Sumqayıt" Qəbələdə eyniadlı komandanın qonağı olub. Şəhər stadionundakı görüş 1:1 hesablı heç-heçə ilə başa çatıb.

Hesabı 17-ci dəqiqədə Araz Abdullayev açıb. Əyalət təmsilçisi 88-ci dəqiqədə İsnik Aliminin cərimə zərbəsindən vurduğu qolla məğlubiyyətdən xilas olub.

İlk hissədə qonaqların müdafiəçisi Camaləddin Xocaniyazov zədələnərək, Rüfət Abdullazadə ilə əvəzlənib.

Bu nəticədən sonra xallarını 35-ə çatdıran "Qəbələ" 4-cü pillədəki mövqeyini qoruyub. 15 xalı olan "Sumqayıt" isə 7-ci sırada yer alıb.

Günün digər matçında "Qarabağ" "Şamaxı"nı qəbul edəcək.

Qeyd edək ki, tura aprelin 16-da keçiriləcək "Zirə" - "Səbail" və "Neftçi" - "Sabah" oyunları ilə yekun vurulacaq.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər