Premyer Liqa: "Qəbələ" öz meydanında "İmişli"yə məğlub oldu
Misli Premyer Liqasında 27-ci turun növbəti oyunu keçirilib.
BAKU.WS xəbər verir ki, günün ilk görüşündə "Qəbələ" "İmişli"ni qəbul edib.
Qəbələ şəhər stadionunda keçirilmiş qarşılaşma qonaqların qələbəsi ilə yekunlaşıb - 0:1. Yeganə qolu 45-ci dəqiqədə Dioqo Rollo vurub.
Qələbə sayəsində xallarının sayını 26-ya çatdıran "İmişli" 9-cu pillədə qərarlaşıb. Meydan sahibləri 19 xalla 11-ci sıradadır.
Günün ikinci matçında "Sumqayıt" "Turan Tovuz"un qonağı olacaq.
Xatırladaq ki, turun əvvəlki matçlarında "Karvan-Yevlax" "Kəpəz"i (4:1), "Neftçi" "Araz-Naxçıvan"ı (2:1) məğlub edib. "Şamaxı" - "Qarabağ" (0:0) və "Sabah" - "Zirə" (2:2) qarşılaşmalarında qalib müəyyənləşməyib.
Oxşar xəbərlər
Qurban Qurbanov Kadi Borqesin qırmızı vərəqə almasına münasibət bildirdi
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının III turunda "Sumqayıt" üzərində qələbədən sonra fikirlərini bölüşüb. BAKU.WS Oxu.Az-a isti...