Premyer Liqa: "Neftçi" VIII turda da qələbə qazana bilməyib
"Neftçi" Azərbaycan Premyer Liqasının VIII turunda da qələbə qazana bilməyib.
"Ağ-qaralar" doğma meydanda "Sumqayıt"la üz-üzə gəlib.
Qarşılaşma 1:1 hesabı ilə başa çatıb. "Gənclik şəhəri" təmsilçisində 70-ci dəqiqədə Cordan Rezabala hesabı açıb. Meydan sahiblərində Yuri Matias 76-cı dəqiqədə tarazlığı bərpa edib.
Paytaxt klubu bu nəticədən sonra beş xalla 8-ci, qonaqlar yeddi xalla 7-ci pillədə qərarlaşıb.
Qeyd edək ki, günün ilk matçında "Zirə" "Kəpəz"i üç cavabsız qolla üstələyib. Ötən gün "Araz-Naxçıvan" "Səbail"i məğlub edib - 3:2. Turun digər matçları sentyabrın 29-da baş tutacaq.
Oxşar xəbərlər
Azərbaycanın iki təmsilçisi WAKO Dünya Kubokunun qalibi olub
Azərbaycanın iki kikboksçusu Özbəkistanın paytaxtı Daşkənddə təşkil olunan WAKO Dünya Kubokunun qalibi olub. "Report"un məlumatına görə, K1 versiyasında Məhəmmə...