Premyer Liqa: "Neftçi" "Şamaxı"nı məğlub etdi
31
yan
2025
20:58
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
"Neftçi" Misli Premyer Liqasında "Şamaxı"nı məğlub edib.
Samir Abasovun baş məşqçisi olduğu kollektiv XXI turda 1:0 hesabı ilə qalib gəlib.
45+4-cü dəqiqədə Emin Mahmudov penaltini dəqiq yerinə yetirib.
Bu nəticədən sonra xallarının sayını 21-ə çatdıran Bakı klubu 7-ci pillədə qərarlaşıb. Qonaqlar 17 xalla 8-ci sıradadır.
Günün ilk matçında "Kəpəz" "Sabah"ı 3:2 hesabı ilə üstələyib.
Qeyd edək ki, tura fevralın 2-də yekun vurulacaq.
Oxşar xəbərlər
Batrakovun qolları "Qalatasaray"a qələbə qazandırdı
UEFA Çempionlar Liqasının liqa mərhələsində Türkiyənin "Qalatasaray" klubu Almaniya təmsilçisi "Ştutqart"ı qəbul edib. BAKU.WS xəbər verir ki, İstanbulda keçiri...