Premyer Liqa: "Neftçi" bu gün "Şamaxı"nın qonağı olacaq

Premyer Liqa: Neftçi bu gün Şamaxının qonağı olacaq
İdman 20

Misli Premyer Liqasında XXII turun daha iki oyunu bu gün keçiriləcək.

BAKU.WS xəbər verir ki, ilk olaraq "Neftçi" "Şamaxı"nın qonağı olacaq.

Şamaxı şəhər stadionundakı qarşılaşma saat 14:30-da start götürəcək. "Ağ-qaralar" 30 xalla 7-ci, bölgə təmsilçisi 25 xalla 8-ci pillədə qərarlaşıb.

Günün ikinci qarşılaşmasında "Qəbələ" "Karvan-Yevlax"ı sınağa çəkəcək. Qəbələ şəhər stadionundakı matç saat 17:00-da başlayacaq. Meydan sahibləri 15 xalla 11-ci, qonaqlar 6 xalla 12-ci sıradadır.

Misli Premyer Liqası

II dövrə, XXII tur

28 fevral

14:30. "Şamaxı" – "Neftçi"

Hakimlər: Kamranbəy Rəhimov, Eyyub İbrahimov, Kərim Zeynalov, İnqilab Məmmədov

VAR: Cavid Cəlilov

AVAR: Pərvin Talıbov

Hakim-inspektor: Ceyhun Haşımov

AFFA nümayəndəsi: Elgiz Abbasov

Şamaxı şəhər stadionu

17:00. "Qəbələ" – "Karvan-Yevlax"

Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Mirnihat Seyidov, Rövşən Rəcəbov

VAR: Vüqar Həsənli

AVAR: Kamran Bayramov

Hakim-inspektor: Orxan Məmmədov

AFFA nümayəndəsi: Bəhram Qurbanov

Qəbələ şəhər stadionu

Qeyd edək ki, tura martın 1-də yekun vurulacaq. Ötən gün "Kəpəz" "Sumqayıt"ı (3:0), "Zirə" "Araz-Naxçıvan"ı (1:0) məğlub edib.

Son xəbərlər