Premyer Liqa klubu afrikalı futbolçunun transferindən imtina edib
14
iyl
2026
16:46
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Anqolalı futbolçu Aleksandr Abelin yeni mövsümdən Azərbaycan Premyer Liqasında mübarizə aparacaq "Şəfa"ya transferi baş tutmayıb.
BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, buna müdafiəçinin tibbi müayinədən keçə bilməməsi səbəb olub.
"Şəfa" ilə 1 illik müqavilə şərtlərində anlaşan və Bakıya dəvət olunan oyunçuda zədə aşkarlanıb. Bu səbəbdən afrikalı futbolçu geri göndərilib.
Qeyd edək ki, müqavilə ilə Anqolanın "Saqrada" klubuna məxsus olan Aleksandr Abel ötən mövsümü icarə əsasında Portuqaliyanın "Portimonense" komandasında keçirib.
Oxşar xəbərlər
"Böyük Dəbilqə": Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşib
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə cüdo üzrə "Böyük Dəbilqə" turnirinin püşkatma mərasimi keçirilib. BAKU.WS xəbər verir ki, püşkün nəticələrinə...