Misli Premyer Liqası: "Zirə" doğma meydanda üç xala sevinib

Misli Premyer Liqası: Zirə doğma meydanda üç xala sevinib
İdman 60

Misli Premyer Liqasında 28-ci tura yekun vurulub.

BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, günün son oyunu "Zirə" və "Şamaxı" komandaları arasında olub. Matç ev sahiblərinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qolları Rafael Utziq, Ruan Renato və Salifu Suma vurublar.

"Qartallar" 55 xalla 2-ci, bölgə klubu 28 xalla 8-ci pillədədir.

Günün ilk matçında "Kəpəz" və "Səbail" Tovuzda üz-üzə gəlib. Görüş 1:1 hesablı heç-heçə ilə bitib.

Hesabı 41-ci dəqiqədə "Kəpəz"in heyətində Şervoni Mabatşoev açıb. "Dənizçilər"in bərabərlik qoluna isə Dimitro Litvin imza atıb.

Bu nəticədən sonra Gəncə klubu 24 xalla 9-cu, qonaqlar isə 19 xalla sonuncu - 10-cu yerdə qərarlaşıb.

Qeyd edək ki, turun əvvəlki matçlarında "Qarabağ" "Turan Tovuz"u 4:1 hesabı ilə məğlub edib. "Neftçi" - "Araz-Naxçıvan" (1:1) və "Sumqayıt" - "Sabah" ( 3:3) oyunları isə heç-heçə ilə yekunlaşıb.

*** 18:02

Misli Premyer Liqasının XXVIII turunda "Kəpəz" "Səbail"lə qarşılaşıb.

BAKU.WS report-a istinadən xəbər verir ki, Tovuz şəhər stadionunda keçirilən oyunda tərəflər hərəyə 1 dəfə fərqləniblər.

Görüşdə hesabı gəncəlilər açıb. Fasiləyə dörd dəqiqə qalmış Şevroni Mabatşoev fərqlənib. "Dənizçilər"i məğlubiyyətdən xilas edən qol isə 68-ci dəqiqədə vurulub. Dmitro Litvin baş zərbəsi ilə hesaba tarazlıq gətirib.

Qərb təmsilçisi 24 xalla doqquzuncu, Bakı klubu 19 xalla sonuncu - onuncu pillədə qərarlaşıb.

Qeyd edək ki, turun əvvəlki oyunlarında "Qarabağ" səfərdə "Turan Tovuz"u 4:1 hesabı ilə üstələyib. "Neftçi" - "Araz-Naxçıvan" (1:1) və "Sumqayıt" - "Sabah" (3:3) oyunlarında qalib müəyyənləşməyib.

Son xəbərlər