Peres "Real"ın əzəli rəqibinə uduzmağında əsas günahkarı tapdı

Bazar günü, yanvarın 12-də İspaniya Superkubokunun final matçında "El-Klasiko" izləndi.
Görüşdə Madrid klubunun 2:5 hesablı sarsıdıcı məğlubiyyətlə üzləşməsi komanda üçün müəyyən nəticələrə gətirib çıxarıb.
BAKU.WS "Defensa Central"a istinadən xəbər verir ki, "Kral klubu"nun prezidenti Florentino Peres müdafiənin sağ cinahında Lukas Vaskesin çıxışından çox məyus olub.
Bu matçdan sonra o, nəhayət ki, Vaskeslə müqaviləni yeniləməyəcəyinə və "Liverpul"un ulduzu Trent Alexander-Arnoldun transferi üçün əlindən gələni edəcəyinə qərar verib.
Xatırladaq ki, bu mövsüm Vaskes "Real"ın heyətində bütün turnirlərdə 25 oyun keçirib, iki qol vurub və üç məhsuldar ötürmə edib.
Oxşar xəbərlər
DÇ-2026: Bilet satışlarına sentyabrdan etibarən start veriləcək
FIFA 2026-cı il dünya çempionatı üçün bilet satışının birinci mərhələsinin sentyabrın 10-da başlayacağını açıqlayıb. Bu barədə ali futbol qurumunun mətbuat xidm...