Pep Qvardiola "Mançester Siti"dən gedir?
İngiltərə Premyer Liqasında (APL) çıxış edən "Mançester Siti"nin baş məşqçisi Pep Qvardiolanın gələcəyi məlum olub.
BAKU.WS xəbər verir ki, bu barədə "The Athletic" məlumat yayıb.
Mançester Siti rəhbərliyi hesab edir ki, Qvardiola 2025-ci ilin yayında hazırkı müqaviləsi başa çatdıqdan sonra daha bir mövsüm klubda qalacaq.
Daha sonra məşqçi Braziliya millisini 2030-cu ildə keçiriləcək dünya çempionatına hazırlayacaq.
Qvardiolanın Braziliya Futbol Konfederasiyasının təklifinə açıq olduğu bildirilir.
Xatırladaq ki, bir müddət əvvəl məlum olmuşdu ki, "Mançester Siti" və "Çelsi" maliyyə qaydalarını pozduğuna görə Premyer Liqadan kənarlaşdırıla bilər. Qeyd olunub ki, "Mançester Siti"yə qarşı yüzdən çox ittiham irəli sürülüb.
Oxşar xəbərlər
"Qarabağ" daha bir futbolçusunu "Flamenqo"ya 6 milyona sata bilər
Ağdamın "Qarabağ" klubu braziliyalı müdafiəçisi Mateus Silva ilə bağlı maraqlı transfer xəbəri ilə gündəmə gəlib. BAKU.WS-in əldə etdiyi məlumata görə, Brazili...