"Partizan"ın idman direktoru: "Hazırda bütün fikrimiz "Sabah"la oyundadır"
Yeniliklərdən dərhal xəbərdar olun
"Hazırda bütün fikrimiz növbəti oyundadır".
"Report"un məlumatına görə, bunu "Sabah"ın UEFA Konfrans Liqasının III təsnifat mərhələsindəki rəqibi olan Serbiya "Partizan"ının idman direktoru İvitsa Kral yerli mətbuata açıqlamasında deyib.
Bu cütün qalibi növbəti raundda "Styaua" (Rumıniya) / "Norşellan" (Danimarka) duelinin güclüsü ilə qarşılaşacaq Pley-off mərhələsinin püşkatmasını dəyərləndirən funksioner hər iki rəqibə hörmətlə yanaşdıqlarını bildirib:
"Hər şey gözlədiyimiz kimi getsə, bu barədə düşünmək olar. Onu deyim ki, "Osasuna" və ya başqa güclü komanda ilə düşməkdənsə, bu kollektivlərdən biri ilə oynamaq daha yaxşı olacaq. Amma əvvəlcə "Sabah"ı keçməliyik".
Qeyd edək ki, "Sabah"la "Partizan" arasında ilk oyun avqustun 10-da Bakıda, cavab matçı isə 1 həftə sonra Belqradda olacaq.
Oxşar xəbərlər
Konfrans Liqası: “Sabah” və “Neftçi”nin pley-offdakı potensial rəqibləri müəyyənləşib
Azərbaycan klubları “Sabah” və “Neftçi”nin UEFA Konfrans Liqasının pley-off mərhələsində yer alacaqları səbətlər və potensial rəqibləri müəyyənləşib. BAKU.WS re...