Paris-2024: Hacı Əliyevin ilk rəqibi bəlli olub

Azərbaycanın sərbəst güləşçiləri Hacı Əliyev (65 kq) və Maqomedxan Maqomedovun (97 kq) Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oytunlarında ilk rəqibi bəlli olub.
BAKU.WS xəbər verir ki, hər iki idmançı mübarizəyə 1/8 final mərhələsindən start verəcək.
Üçqat dünya və dördqat Avropa çempionu olan Əliyev bu raundda meksikalı Ostin Qomeslə üz-üzə gələcək.
Maqomedov isə Dominikan Respublikasından olan Luis Migel Peresin müqavimətini qırmağa çalışacaq.
Bu çəkilərdəki qarşılaşmalar avqustun 10-da Bakı vaxtı ilə saat 13:30-da start götürəcək.
Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.
Oxşar xəbərlər
Paris-2024: Azərbaycan taekvondoçusu finala yüksəlib - YENİLƏNİB - 2
Azərbaycan taekvondoçusu Qaşım Maqomedov Fransanın paytaxtı Parisdə təşkil olunan Yay Olimpiya Oyunlarında finala yüksəlib. "Report"un turnirə ezam olunmuş əmək...