Paris-2024: Azərbaycanın kişi badmintonçusu qələbə qazanıb
29
iyl
2024
23:15
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanın kişi badmintonçusu Edi Reski Dviçayo Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.
"Report"un turnirə ezam olunmuş əməkdaşının məlumatına görə, idmançımız E qrupunun ilk matçında avstriyalı Kollins Filimonla qarşılaşıb.
Görüş təmsilçimizin qələbəsi ilə yekunlaşıb - 2:0, (21:18, 21:11).
Qeyd edək ki, E qrupunun qalibi birbaşa 1/4 finala yüksələcək.
Oxşar xəbərlər
Azərbaycanın iki badmintonçusu Paris olimpiadasına lisenziya qazanıb
Azərbaycanın iki badmintonçusu Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb. "Report" xəbər verir ki, Beynəlxalq Badminton Federasiyasının bu gün açıqla...