Azərbaycanın iki badmintonçusu Paris olimpiadasına lisenziya qazanıb
30
apr
2024
23:12
Azərbaycanın iki badmintonçusu Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.
"Report" xəbər verir ki, Beynəlxalq Badminton Federasiyasının bu gün açıqladığı reytinq cədvəlinə əsasən, Edi Reski Dviçayo və Keyşa Fatimə Zəhra adıçəkilən yarışda iştirak etmək hüququna yiyələniblər.
Dviçayo reytinqdə 28-ci, Zəhra isə 31-ci yerdə qərarlaşıb.
Bununla da Azərbaycanın olimpiya lisenziyalarının sayı 20-yə çatıb.
Oxşar xəbərlər
Azərbaycan badmintonçusu Avropa çempionatında 1/4 finala yüksəlib
Azərbaycan badmintonçusu Edi Reski Dviçayo Almaniyanın Saarbrükken şəhərində keçirilən Avropa çempionatında kişilərin şəxsi yarışında 1/4 finala yüksəlib. BAKU....