Paris-2024: Azərbaycan atıcısı 18-ci yeri tutub - YENİLƏNİB
Azərbaycan atıcısı Ruslan Lunyov Paris Olimpiadasında 25 metr məsafəyə atəşaçma yarışında mübarizə aparıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, idmançımız ikinci mərhələdə 291 xal toplayıb.
Beləliklə, iki mərhələnin yekunlarına görə ümumilikdə 580 xal toplayan atıcımız 29 iştirakçı arasında 18-ci olub və finala vəsiqə qazana bilməyib.
Qeyd edək ki, R.Lunyov Paris-2024-də daha əvvəl pnevmatik tapançadan 10 metr məsafəyə atəşaçma yarışlarında 571 xal toplayaraq 33 iştirakçı arasında 24-cü olmuşdu.
***14:24
Azərbaycan atıcısı Ruslan Lunyov Paris-2024 Yay Olimpiya Oyunlarında növbəti mübarizəyə başlayıb.
İdmançımız 25 metr məsafədən pnevmatik tapança ilə atəşaçma yarışında ilk mərhələdə 300 xaldan 289-nu toplayıb.
R.Lunyov bu atışdan sonra 8-ci pillədə qərarlaşıb.
Oxşar xəbərlər
Olimpiyadada bir əli cibində medal qazanan türkiyəli kimdir?
2024-cü il Paris Olimpiya Oyunlarında 10 metr məsafədən pnevmatik tapança ilə atəşaçma üzrə qarışıq komanda yarışında gümüş medal qazanan türkiyəli idmançı Yusu...