"Panatinaikos"un baş məşqçisi olan Terimdən ilk AÇIQLAMA: "Günorta məşqə çıxacam"

Panatinaikosun baş məşqçisi olan Terimdən ilk AÇIQLAMA: Günorta məşqə çıxacam
İdman 1

Yunanıstanın "Panatinaikos" klubu Fatih Terimin baş məşqçi postuna gətirildiyini rəsmən açıqlayıb.

Bu gün Afinaya yollanacaq 70 yaşlı məşqçi karyerası ərzində "Milan" və "Fiorentina"dan sonra üçüncü dəfə Türkiyədən uzaqlaşacaq.

Jurnalist Ərtoğrul Özkökə açıqlama verən Fatih Terim bu gün ilk məşqinə çıxacağını bildirib: "Bəli, doğrudur. Dünən gəldilər, razılaşdıq. Bu gün səhər Afinaya gedirəm. Günorta məşqə çıxacam".

1996-cı ildə "Qalatasaray"a baş məşqçi təyin olunan Fatih Terim 4 fərqli dövrdə sarı-qırmızılılarla 1 UEFA Kuboku çempionluğu, 8 Super Liqa çempionluğu, 3 Türkiyə Kuboku və 4 Super Kubok çempionluğu qazanıb. Terim "sarı-qırmızılılar"la cəmi 16 kubok qazanmağı bacarıb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Son xəbərlər