“Özümüzü əsl alverçi millət kimi aparırıq” - Emin Mahmudov
11
sen
2019
11:01
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Millimizin Avro-2020-nin seçmə mərhələsində evdə Xorvatiya kimi güclü yığma ilə heç-heçə etməsi birmənalı qarşılanmayıb.BAKU.WS xəbər verir ki, sosial şəbəkələrdə oyunun nəticəsini şübhə altına salan bəzi fikirlər səsləndirilir.Millimizin üzvlərindən Emin Mahmudov yayılan söz-söhbətlərə elə feysbuk vasitəsilə münasibət bildirib: “3 ildir Azərbaycandayam və həmişə eşidirəm ki, ya oyunu alıblar, ya da satıblar. Özümüzü əsl alverçi millət kimi aparırıq. Amma kimdən soruşasan ki, sübut elə, mən də qəbul edim! Suala heç kim cavab vermir. Deyəcəklər ki, hansısa çayxanada eşitmişəm. Uşaqların əziyyətini yerə vurmaq lazım deyil. Özümdən danışmıram. Dünən mən heç nə etməmişəm. Amma uşaqlar çox əziyyət çəkdilər”. Xatırladaq ki, dünən evdə vitse-dünya çempionu Xorvatiya ilə 1:1 hesablı heç-heçə edən millimiz seçmə mərhələdə ilk xalını qazanıb.
Oxşar xəbərlər
AFFA 1 xala görə millinin bütün üzvlərinə külli miqdarda pul verəcək
AFFA dünən millimizin Xorvatiya ilə oyunda əldə etdiyi nəticəyə görə, komanda üzvlərinin hamısına pul mükafatı verəcək.BAKU.WS xəbər verir ki, ilk "11-lik"də me...