Osimhenin yeni klubunu açıqladılar - Azarkeşlərin "Nankorlar" siyahısına düşəcək
"Qalatasaray"ın "Napoli"dən icarəyə götürdüyü Osimhen mövsümün sonunda "sarı-qırmızılı" komandadan ayrılacaq.
BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, "Qalatasaray"ın 65 milyon avroluq təklifini rədd edən "Napoli" Osimhen üçün əzəli rəqibi "Yuventus"la ilə danışıqlar aparır.
Əgər bu keçid baş tutarsa, Osimhenin "Napoli" azarkeşləri tərəfindən "Nankorlar" siyahısına salına bilər.
Həmçinin qeyd olunub ki, Osimhenin "Qalatasaray"dakı çıxışı Avropa nəhənglərini hərəkətə keçirməyə sövq edib. PSJ və "Mançester Yunayted" mövsümün sonunda "Napoli"yə rəsmi təklif göndərəcək və nigeriyalı ulduzu heyətinə qatmaq istəyəcəklər.
Oxşar xəbərlər
"Neftçi" Azərbaycan çempionatlarında 1000-ci oyununa çıxacaq
Misli Premyer Liqasının VI turu "Neftçi" üçün əlamətdar olacaq. BAKU.WS xəbər verir ki, "ağ-qaralar" "Qəbələ" ilə qarşılaşmada ölkə çempionatlarında 1000-ci oyu...