Operativ Qərargah millimizin məşq etməsinə icazə verdi
Yeniliklərdən dərhal xəbərdar olun
Futzal üzrə Azərbaycan millisi ölkədə tətbiq olunan xüsusi karantin rejiminə baxmayaraq, Avropa çempionatının seçmə mərhələsinin Slovakiya və Yunanıstanla oyunlarına hazırlaşa biləcək.
BAKU.WS xəbər verir ki, bu barədə report-a Azərbaycan Futzal Federasiyasının Mətbuat katibi Mahal Məmmədov məlumat verib.
Onun sözlərinə görə, Nazirlər Kabineti yanında Operativ Qərargah yığmanın zalda məşq etməsinə icazə verib.
Qeyd edək ki, Joze Alesio Da Silvanın başçılıq etdiyi kollektiv aprelin 8-də səfərdə Slovakiya, 6 gün sonra isə Bakıda Yunanıstanla qarşılaşacaq.
Oxşar xəbərlər
Millimiz səfərdə Yunanıstanı məğlub etdi
Futzal üzrə Azərbaycan millisi AVR0-2022-nin seçmə mərhələsində ikinci oyununu keçirib. BAKU.WS report-a istinadən xəbər verir ki, 3-cü qrupda yer alan Joze Ale...