Olimpiya Oyunlarının şüarı dəyişdirildi
20
iyl
2021
12:20
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Olimpiya Oyunlarının şüarı Beynəlxalq Olimpiya Komitəsinin (IOC) Yaponiyanın paytaxtı Tokioda keçirilən iclasında dəyişdirilib.
BAKU.WS "report"a istinadən xəbər verir ki, bu, IOC prezidenti Tomas Bax tərəfindən təklif edilib.
Olimpiya şüarı belə səslənəcək: "Birlikdə - daha sürətli, daha yüksək və daha güclü!"
"Daha sürətli, daha yüksək, daha güclü" şüarı 1894-cü ildə təsdiqlənib. Tomas Bax bu dəyişikliyi əlamətdar hadisə hesab edib.
Qeyd edək ki, Tokio-2020 Yay Olimpiya Oyunları 23 iyul-8 avqustda keçiriləcək.
Oxşar xəbərlər
Tokio-2020: Azərbaycan idmançıları peyvənd olunacaq
Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarına qatılacaq Azərbaycan idmançıları peyvəndlənmə prosesinə cəlb olunacaq. BAKU.WS xəbər verir ki, bu sözləri Azərbaycan...