Olimpiya Komitəsi rusiyalı idmançını yarışa dəvət edib
Beynəlxalq Olimpiya Komitəsi (BOK) rusiyalı ski-alpinizm idmançısı Nikita Filippovu 2026-cı il Olimpiya Oyunlarına dəvət edib.
BAKU.WS-in məlumatına görə, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, Filippov Olimpiadada neytral statusda çıxış edəcək. Olimpiya Oyunları 2026-cı ilin 6–22 fevral tarixlərində İtaliyada keçiriləcək.
Qeyd olunur ki, bəzi beynəlxalq federasiyalar rusiyalı idmançıların beynəlxalq arenada yenidən Rusiya bayrağı və himni altında çıxış etməsinə icazə verməyə başlayıb. Məsələn, bu, sambо, cüdo və boks növlərinə aid edilib. Rusiya yığması su polosu üzrə isə 2026-cı ildən etibarən bayraq və himn altında çıxış edəcək.
Xatırladaq ki, 2022-ci ilin martında Beynəlxalq Olimpiya Komitəsi beynəlxalq federasiyalara rusiyalı və belaruslu idmançıların yarışlardan kənarlaşdırılmasını tövsiyə etmişdi. 2023-cü ilin dekabrında isə BOK Rusiyanı təmsil edən idmançıların Paris-2024 Olimpiya Oyunlarında neytral statusda iştirakına icazə verilməsini tövsiyə edib.
Oxşar xəbərlər
"Qarabağ"ın qapıçısı 4-6 aylıq sıradan çıxıb
"Qarabağ"ın bud-çanaq oynağından əməliyyat olunan qapıçısı Şahruddin Məhəmmədəliyevin müalicə-bərpa müddəti bəlli olub. Bu barədə BAKU.WS-ə Ağdam təmsilçisinin...