"Olimpiakos"un rəsmisi: "O, Azərbaycanda qəhrəman hesab edilir"
Yeniliklərdən dərhal xəbərdar olun
"O, Azərbaycanda qəhrəman hesab edilir".
BAKU.WS xəbər verir ki, bunu Yunanıstan "Olimpiakos" futbol klubunun korporativ sosial məsələlər üzrə direktoru Nikos Qavalas azərbaycanlı hakim Tofiq Bəhramov haqqında instaqramda etdiyi paylaşımında qeyd edib.
Direktor Tofiq Bəhramovun adını tarixə yazdığı 1966-cı ildə baş tutan əfsanəvi İngiltərə Almaniyaya dünya çempionatı finalından da söz açıb.
"Xəzərin Abşeron yarımadasının cənub sahilində, Avropanın ən şərq paytaxtı, küləklər şəhəri Bakıda Qarabağın Tofiq Bəhramov stadionu var. Bəs Bəhramov kim idi ki, bütöv bir stadiona onun adını verdilər? Bu, 1966-cı il Dünya Çempionatının finalında Almaniyaya qarşı keçirilən oyunda İngiltərənin çox müzakirə olunan qolunu qeydə alan azərbaycanlı hakimdir".
Qeyd edək ki, bu gün keçiriləcək "Qarabağ" - "Olimpiakos" görüşü saat 20:45-də başlayacaq.
Qalereya
Oxşar xəbərlər
"Neftçi"nin keçmiş futbolçusu “Qarabağ” potenisalını dəyərləndirdi
Mamadu Kane Avropada ilk addımını “Neftçi”də atdı. 2019-cu ilin yanvarında keçdiyi “ağ-qaralar”da 2 il yarımlıq yüksək performansın yekununda Yunanıstan nəhəngi...