"Olimpiakos"u Bakıda cəmi 50 azarkeş dəstəkləyəcək
Yeniliklərdən dərhal xəbərdar olun
Yunanıstan "Olimpiakos"unu Bakıda "Qarabağ"a qarşı keçiriləcək UEFA Avropa Liqasının qrup mərhələsinin IV tur oyununda az sayda azarkeş dəstəkləyəcək.
BAKU.WS xəbər verir ki, Ağdam klubundan "report"a verilən məlumata görə, Pirey təmsilçisi "köhlən atlar"dan cəmi 50 bilet istəyib.
Əldə olunmuş razılığa əsasən, 26-cı sektorun biletləri də "Qarabağ" tərəfdarları üçün satışa çıxarılıb. Həmin biletləri iticket.az və kassalardan almaq olar.
Qeyd edək ki, oktyabrın 13-də Tofiq Bəhramov adına Respublika stadionuna keçiriləcək qarşılaşma saat 20:45-də başlayacaq.
Oxşar xəbərlər
Avropa Liqası: "Qarabağ" "Olimpiakos"u darmadağın etdi - YENİLƏNİB
"Qarabağ" UEFA Avropa Liqasının qrup mərhələsində növbəti oyununu keçirib. "Qarabağ" G qrupunun III turunda Yunanıstanda "Olimpiakos"un qonağı olub. "Georgios K...