"Olimpiakos" tarixi uğur qazandı - VİDEO
UEFA Konfrans Liqasında kubok sahibinin adına aydınlıq gəlib.
BAKU.WS xəbər verir ki, final görüşündə "Olimpiakos"la (Yunanıstan) "Fiorentina" (İtaliya) klubları qarşılaşıblar.
Afinada baş tutan matçı portuqaliyalı hakimlər briqadası idarə edib.
Görüşün əsas vaxtı qolsuz bərabərliklə başa çatdığından, qalibi müəyyən etmək üçün əlavə vaxta ehtiyac yaranıb.
Artırılmış 30 dəqiqənin 26-ci dəqiqəsində "Olimpiakos"un mərakeşli futbolçusu Əyyub əl-Kaabinin dəqiq zərbəsi yunan klubuna mükafatı qazandırıb.
Beləliklə qələbə sayəsində Yunanıstan klubları tarixlərində ilk dəfə Avropa miqyaslı kubokda qələbə qazanıblar. Pirey təmsilçisinin baş məşqçisi Xose Luis Mendilabar ötən il "Sevilya"nın çalışdırıcısı kimi Avropa Liqası Kubokuna sahib çıxmışdı. "Fiorentina" isə ötən il olduğu kimi bu ildə Konfrans Liqasının finalında uduzaraq əsas mükafatdan uzaq qalıb.
Oxşar xəbərlər
"Qarabağ" UEFA Avropa Liqasında qrup mərhələsinə vəsiqə qazanıb - YENİLƏNİB - 7
"Qarabağ" UEFA Avropa Liqasında qrup mərhələsinə vəsiqə qazanıb. Qurban Qurbanovun baş məşqçisi olduğu komanda pley-offun cavab oyununda Sloveniya "Olimpiya"sın...