Olimpiadada ilk döyüşündə qalib gəlmiş boksçumuz: “Tokiodan medalsız qayıtmayacağam”
Yeniliklərdən dərhal xəbərdar olun
“İlk döyüş həmişə ağır olur. Ona görə də üçüncü raundda yorğunluq var idi. Şükür Allaha, qalib gəldim”.
BAKU.WS "Oxu.Az"a istinadən xəbər verir ki, bunu az öncə Tokio Olimpiadasındakı ilk döyüşündə qalib gələrək 1/8 finala vəsiqə qazanan boksçu Məhəmməd Abdullayev deyib.
O, beş gün sonra özbəkistanlı dünya və üçqat Asiya çempionu Bahadur Cəlalovla belə erkən görüşmək istəmədiyini bildirib:
“İstərdim ki, Tayfur Əliyevlə Lorenso Sotomayor da ilk döyüşdə qalib gəlsin. Onların ilk görüşdə uduzması pis oldu.
Bu rəqiblə əvvəl döyüşməmişdim, amma onu tanıyırdım. Ayın 29-dakı rəqibim bu çəkinin ən güclüsüdür, dünya çempionudur. Əsas rəqibim odur, onunla da ikinci görüşdə qarşılaşmalı olacağam.
Bura kimi əziyyət çəkib gəlmişəm. Burdan medalsız qayıtmayacağam”.
Oxşar xəbərlər
44 idmançımız Olimpiadada nə vaxt çıxış edəcək? - TARİXLƏR
Bu gün Bakı vaxtı ilə saat 15:00-da Tokio Yay Olimpiya Oyunlarının açılış mərasimi keçiriləcək. Sabahdan etibarən əsas yarışlara start veriləcək. BAKU.WS "oxu.a...