Nuno Mendes: "Luis Enrike mənim oyunumu dəyişdirdi"
PSJ-nin 23 yaşlı cinah müdafiəçisi Nunu Mendeş baş məşqçi kimi ona müsbət təsir göstərən Luis Enrike barədə danışıb.
BAKU.WS AFP-yə istinadən xəbər verir ki, portuqaliyalı futbolçu əvvəllər müdafiədə o qədər etibarlı oyun nümayiş etdirə bilmədiyini etiraf edib.
"Əvvəllər müdafiədə o qədər də güclü deyildim. Luis Enrike bunu gördü və bu məsələdə mənə çox kömək etdi. Əvvəllər birə-bir müdafiədə bir qədər çətin idi, çünki yalnız hücumu düşünürdüm. O isə mənə dedi ki, daha yaxşı müdafiə olunmalıyam və bundan sonra mənə hücumda azadlıq verəcək",-deyə Mendeş bildirib.
Qeyd edək ki, Mendeş 2022-ci ilin yayında "Sportinq" klubundan "PSJ"yə keçib. Cari mövsümdə futbolçu bütün turnirlərdə klubun heyətində 11 oyunda meydana çıxıb, 3 qol vurub və 3 qolun ötürməsini edib.
Oxşar xəbərlər
"Neftçi"nin baş məşqçisi Yuri Vernidub: "Dinamo"ya qalib gəlmək üçün əlimizdən gələni edəcəyik"
"Neftçi"nin futbolçuları Dinamo"ya qalib gəlmək üçün əllərindən gələni edəcəklər. BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə "Neftçi"nin baş məşqçisi...