Nizami İmranov: “Erməni idmançıya qalib gələndə ikiqat sevindim”

Nizami İmranov: “Erməni idmançıya qalib gələndə ikiqat sevindim”
İdman 6

“Erməni idmançıya qalib gələndə ikiqat sevindim”.

BAKU.WS xəbər verir ki, bu sözləri report-a Niderlandın Haaqa şəhərində keçirilən cüdo üzrə gənclər arasında Avropa çempionatında qızıl medal qazanan Nizami İmranov bildirib.

İdmançı məşqçilərinə, federasiya rəhbərliyinə təşəkkür edib:

“Güclü təlim-məşq toplanışı keçmişdik. Üzərimdə əziyyəti olan hər kəsə təşəkkür edirəm”.

Qeyd edək ki, Azərbaycan cüdoçuları Niderlandın Haaqa şəhərində keçirilən cüdo üzrə gənclər arasında Avropa çempionatında 1 qızıl, 1 gümüş və 1 bürünc medal əldə edib.

Yarışın ilk günündə Azərbaycan yığma komandasının 7 üzvü medallar uğrunda mübarizə aparıb. Oğlanlar arasında -60 kq. çəkidə Nizami İmranov bütün rəqiblərini məğlub edərək finala yüksəlib.

Nizami həlledici görüşdə İsrail təmsilçisi Yehonatan Vekslerə “waza-ari” xalı ilə qalib gələrək qızıl medal qazanıb. Aydın Rzayev çempionatın gümüş, Aydan Vəliyeva isə bürünc medalına sahib olub.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər