İngiltərə futbolunun əfsanəsi Rio Ferdinanddan AVRO-2024 təxminləri
Yeniliklərdən dərhal xəbərdar olun
"Mançester Yunayted"in və İngiltərə millisinin əfsanəvi müdafiəçisi Rio Ferdinand bu gün Almaniyada start götürəcək AVRO-2024 ilə bağlı təxminlərini səsləndirib.
BAKU.WS xəbər verir ki, "TNT Sports"a danışan Ferdinand İngiltərənin turniri qazanacağını, Almaniyanın isə ikinci olacağını proqnozlaşdırıb.
Rio Ferdinand sürpriz namizədin Türkiyə olduğunu bildirib:
"AVRO-2024-də sürprizlər edə biləcək komanda Türkiyədir".
Futbol əfsanəsi bombardirliyə namizədinin Fransa Millisinin ulduzu, bir müddət əvvəl PSJ-dən ayrılaraq "Real Madrid"ə transfer olan Kilian Mbappe olduğunu amıqlayıb.
Oxşar xəbərlər
Premyer Liqa tarixinin ən yaxşı 33 oyunçusu: Tyeri Anri, Ronaldo, Salah...
"FourFourTwo" jurnalı İngiltərə Premyer Liqası tarixinin ən yaxşı 33 oyunçusu açıqlanıb BAKU.WS xəbər verir ki, sözügedən oyunçuların siyahısını təqdim edir: 33...