Neymar "Barselona"dan PSJ-yə keçməsinin səbəbini açıqlayıb
"Barselona"nın sabiq hücumçusu Neymar 2017-ci ildə Kataloniya klubundan ayrılması barədə danışıb.
BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, futbolçu bunu braziliyalılarla oynamaq istəyi ilə əlaqələndirib.
"Bu, şəxsi bir şeydir. Açığı, maliyyə baxımından PSJ-nin təklifi Barselonadakı təklifdən daha yaxşı idi... və orada da braziliyalılar var idi. Braziliyalılarla oynamaq istəyirdim. Tiaqo Silva, Dani Alves, Markinyos, Lukas Moura var idi. Onların hamısı mənim dostlarım idi", - Neymar qeyd edib.
Xatırladaq ki, Neymar 2013-2017-ci illərdə "Barselona"da çıxış edib. Bu müddət ərzində o, bütün yarışlarda 186 oyun keçirib, 105 qol vurub və 76 məhsuldar ötürmə edib. Daha sonra braziliyalı Fransanın PSJ-yə keçib.
Oxşar xəbərlər
Aleksandr Şaqoyko: "Neftçi" ilə cavab matçında səhvlərimizi aradan qaldırmağa çalışacağıq"
"Dinamo" (Minsk, Belarus) "Neftçi" ilə cavab oyununda səhvləri aradan qaldırmağa çalışacaq. BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə Minsk kollekiv...