Nəriman Axundzadə "Qarabağ"dan gedə bilər - VİDEO

"Qarabağ"ın gənc üzvü Nəriman Axundzadə klubdan gedə bilər.
Avropa Liqasının 1/16 finalında "Braqa"ya vurduğu qolla "köhlən atlar"ın qələbəsində əsas pay sahibi olan N.Axundzadəni "Başakşehir" kollektivi yaxından izləyir.
Yerli mediada yayılan məlumata görə, Türkiyə komandası 19 yaşlı futbolçu üçün ağdamlılarla danışıqlara başlamaq niyyətindədir. Lakin "Qarabağ"ın bu keçidə necə yanaşacağı isə hələ ki, məlum deyil.
Qeyd edək ki, "Qarabağ"ın yetirməsi olan Nəriman Axundzadə 2022-ci ildən əsas heyətdə çıxış edir. Bu müddət ərzində 40 matçda meydana çıxan və səkkiz qola imza atan forvard Ağdam təmsilçisi ilə ölkə çempionatında da qalib gəlib.
Oxşar xəbərlər
Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİR + FOTO/VİDEO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 10-da yerli televiziya kanallarına müsahibə verib. BAKU.WS müsahibəni təqdim edir. Azərbaycan Televi...
