Nəriman Abbasovun Astanadakı döyüşü təxirə salınıb
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanın yüngül çəkidə MMA idmançısı Nəriman Abbasovun "Naiza Fighting Championship" turnirində qazaxıstanlı Fanil Rafikovla keçirməli olduğu döyüş təxirə salınıb.
"Report" turnirin rəsmi saytına istinadən xəbər verir ki, buna rəqib döyüşçünün zədələnməsi səbəb olub. Qarşılaşma martın 18-də Qazaxıstanın paytaxtı Astanadakı "Jekpe Jek" idman kompleksində baş tutmalı idi.
"Sports.ru" nəşrinə açıqlama verən Rafikov döyüşə çıxa bilməyəcəyi üçün MMA həvəskarlarından üzr istəyib. O, rinqə may və ya iyun ayında qayıdacağını söyləyib.
Qeyd edək ki, Abbasov son olaraq, ABŞ-ın Las-Veqas şəhərində keçirilən "Dana White’s Contender Series" (Deyna Vaytın İddiaçılar Seriyası) turnirində braziliyalı İsmael Bonfimə uduzub.
Oxşar xəbərlər
Nəriman Abbasov “Naiza Fighting Championship”də mübarizə aparacaq
Azərbaycanın və “Qəbələ” idman klubunun döyüşçüsü Nəriman Abbasov növbəti döyüşünü keçirəcək. Yüngül çəkidə mübarizə aparan MMA idmançısı “Naiza Fighting Champi...