Nəriman Abbasovdan möhtəşəm qələbə - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanın MMA döyüşçüsü Nəriman Abbasov Rusiyanın paytaxtı Moskvadakı “AMC Fight Nights”da yerli idmançı Marif Pirayevlə üz-üzə gəlib.
BAKU.WS-in məlumatına görə, təmsilçimiz döyüşü uğurla başa verub. 28 yaşlı Nəriman Abbasov özündən bir yaş kiçik rəqibinə heç bir şans verməyib.
5 raund nəzərdə tutulmuş döyüşün cəmi 2 raundu keçirilib. Xüsusilə ikinci raundda təmsilçimiz rəqibinə ağır zərbələr endirərək onu sarsıdıb. Nəticədə Marif Pirayevin komandası oktaqona dəsmal ataraq yetirmələrinin 3-cü raunda çıxmasından imtina ediblər.
Nəriman qələbə sayəsində çempionluq kəmərini qoruyub. Bununla da Abbasov MMA karyerası ərzində 28-ci qələbəsini rəsmiləşdirib.
Oxşar xəbərlər
Azərbaycanın MMA döyüşçüsü ermənilərə görə "Bayraqdar" ləqəbi aldı
Azərbaycanın MMA döyüşçüsü Nəriman Abbasov bu gün Rusiyanın paytaxtı Moskvadakı "AMC Fight Nights"da yerli idmançı Marif Pirayevlə keçirəcəyi qarşılaşmaya yeni...