"Neftçi" yoxlama oyununda Serbiya klubunu məğlub edib
10
iyl
2026
23:00
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Sloveniyada təlim-məşq toplanışında olan "Neftçi" növbəti yoxlama oyununu keçirib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, Yuri Vernidubun baş məşqçisi olduğu komanda Serbiyanın "Radniçi NİŞ" kollektivi ilə üz-üzə gəlib.
Qarşılaşma Bakı təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 3:0. Qolları Breno Almeyda (2) və Ağadadaş Salyansli vurub.
Xatırladaq ki, "Neftçi" daha əvvəl Serbiya təmsilçisi "Partizan"a 0:1, Rumıniyanın "ÇFR Kluj" komandasına 1:2 hesabı ilə uduzub.
Oxşar xəbərlər
Sumqayıtda cüdo üzrə Abşeron-Xızı birinciliyi təşkil olunacaq
Oktyabrın 30-da Sumqayıt Olimpiya İdman Kompleksində U-20 gənclər arasında cüdo üzrə Abşeron-Xızı birinciliyi təşkil olunacaq. Bu barədə BAKU.WS-ə Azərbaycan Cü...