"Neftçi" yoxlama oyununda bərabərə qalıb
Yeniliklərdən dərhal xəbərdar olun
Təlim-məşq toplanışını Polşada davam etdirən "Neftçi" növbəti yoxlama matçını keçirib.
BAKU.WS xəbər verir ki, Bakı klubu yerli "Termalika" komandası ilə üz-üzə gəlib.
"Sportovi novini" stadionunda baş tutan qarşılaşmada tərəflər hərəyə 2 dəfə fərqləniblər.
"Ağ-qaralar"ın qollarını Freddi Varqas və Bassala Sambou vurublar.
Qeyd edək ki, Samir Abasovun baş məşqçisi olduğu kollektiv toplanış çərçivəsindəki ilk görüşdə "Hapoel" (Təl-Əviv, İsrail) ilə heç-heçə oynayıb - 1:1. "Neftçi" növbəti yoxlama görüşlərini Yunanıstanın "Asteras" (27 iyul) və Kiprin AEL (1 avqust) klublarına qarşı keçirəcək.
Oxşar xəbərlər
İran F-1 və MotoGP yarışlarının keçirildiyi hotelləri vuracağını açıqlayıb
İranın "Fars" informasiya agentliyi ABŞ və İsrailin mümkün yeni hücumlarına cavab olaraq zərbələr endirilə biləcək Yaxın Şərqdəki obyektlərin siyahısını dərc ed...