"Neftçi" qapıçısı ilə müqavilənin müddətini uzatdığını açıqlayıb
26
iyn
2025
11:59
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
"Neftçi" klubu qapıçısı Emil Balayevlə müqavilənin müddətini uzadıb.
BAKU.WS xəbər verir ki, bu barədə "ağ-qaralar"ın mətbuat xidməti məlumat yayıb.
Anlaşmaya əsasən, 31 yaşlı futbolçu 2026-cı ilin yayınadək Bakı təmsilçisində çıxış edəcək.
Qeyd edək ki, "Neftçi"nin yetirməsi olan və 2011-2014-cü illər aralığında da komandanın qapısını qorumuş Balayev 2023-cü ilin yayında kluba qayıdıb. O, Azərbaycan millisinin heyətində 14 oyun keçirib.
Oxşar xəbərlər
Sumqayıtda cüdo üzrə Abşeron-Xızı birinciliyi təşkil olunacaq
Oktyabrın 30-da Sumqayıt Olimpiya İdman Kompleksində U-20 gənclər arasında cüdo üzrə Abşeron-Xızı birinciliyi təşkil olunacaq. Bu barədə BAKU.WS-ə Azərbaycan Cü...