"Neftçi" Premyer Liqanın XXVI turunda "Sumqayıt"ı məğlub edib
05
apr
2026
20:36
Misli Premyer Liqasının XXVI turunda "Neftçi" səfərdə "Sumqayıt"a qalib gəlib.
BAKU.WS xəbər verir ki, Sumqayıt şəhər stadionunda baş tutan matç qonaq komandanın 3:1 hesablı qələbəsi ilə başa çatıb.
"Ağ-qaralar"ın qollarını Freddi Varqas (36-pen), İfeanyi Metyu (65) və Vensan Abubakar (89) vurublar. Ev sahiblərinin heyətində isə Nikola Ninkoviç (53) fərqlənib.
"Neftçi" 40 xalla 5-ci, "Sumqayıt" 32 xalla 7-ci sırada yer alıb.
Qeyd edək ki, turun açılış matçında "Qəbələ" "Kəpəz"i (2:0) məğlub edib. Tura aprelin 7-də yekun vurulacaq.
Oxşar xəbərlər
Qurban Qurbanov Kadi Borqesin qırmızı vərəqə almasına münasibət bildirdi
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının III turunda "Sumqayıt" üzərində qələbədən sonra fikirlərini bölüşüb. BAKU.WS Oxu.Az-a isti...