"Neftçi" Premyer Liqada "Zirə"yə qalib gəlib

23
noy
2024
21:21
"Neftçi" Misli Premyer Liqasının XIV turunda qalib gəlib.
Paytaxt təmsilçisi "Neftçi Arena"da baş tutan qarşılaşmada "Zirə" üzərində 2:1 hesablı qələbə qazanıb.
Hesabı meydan sahiblərindən 28-ci dəqiqədə Filip Ozobiç açıb. İssa Cibrila 51-ci dəqiqədə "status-kvo"nu bərpa edib. 68-cı dəqiqədə adını tabloya yazdıran Emil Səfərov isə "Neftçi"nin qələbə qoluna imza atıb.
Qeyd edək ki, Samir Abasovun rəhbərlik etdiyi kollektiv bu qələbə sayəsində xallarının sayını 13-ə çatdırıb. "Zirə"nin isə 20 xalı var.
Oxşar xəbərlər
Bakıda idman zalının tikintisi üçün 1,6 milyon manat ayrıldı
Gənclər və İdman Nazirliyi Qaradağ rayonu, Qobustan qəsəbəsində yerləşən idman zalının tikintisi işlərinin davam etdirilməsi üçün yeni tender elan edib. BAKU.WS...
