"Neftçi"nin Yunanıstan klubu ilə yoxlama matçının vaxtı dəqiqləşib
Yeniliklərdən dərhal xəbərdar olun
"Neftçi" klubunun Polşadakı təlim-məşq toplanışı çərçivəsində "Asteras"la (Yunanıstan) yoxlama matçının vaxtı dəqiqləşib.
BAKU.WS klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, qarşılaşma iyulun 27-də Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.
Matç Keltse şəhərindəki Pilkarski stadionunda təşkil olunacaq. Tərəflərin istəyinə əsasən, oyun canlı yayımlanmayacaq.
Qeyd edək ki, İsrailin "Hapoel" (Təl-Əviv) (1:1) və Poşanın "Termalika" (2:2) komandaları ilə heç-heçə edən "Neftçi" sonuncu sınaq matçını avqustun 1-də AEL (Kipr) klubuna qarşı keçirəcək.
Oxşar xəbərlər
İran F-1 və MotoGP yarışlarının keçirildiyi hotelləri vuracağını açıqlayıb
İranın "Fars" informasiya agentliyi ABŞ və İsrailin mümkün yeni hücumlarına cavab olaraq zərbələr endirilə biləcək Yaxın Şərqdəki obyektlərin siyahısını dərc ed...