"Neftçi" İsrail və Polşa klubları ilə qarşılaşacaq
Yeni mövsümə hazırlığı davam etdirən "Neftçi"nin Polşa toplanışı çərçivəsində keçirəcəyi yoxlama oyunlarındakı daha iki rəqibi müəyyənləşib.
BAKU.WS xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
"Ağ-qaralar" iyulun 17-də İsrailin "Hapoel Təl-Əviv", ayın 22-də isə Polşanın "Termalitsa Nyeçetşa" klubu ilə qarşılaşacaqlar.
Ətraflı
Qeyd edək ki, təlim-məşq toplanışına iyunun 25-də başlayan "Neftçi" hazırlığın ilk hissəsini iyulun 14-dək Bakıda keçirib. Toplanışın ikinci mərhələsi isə iyulun 15-dən avqustun 2-dək Polşanın Keltse şəhərində təşkil olunacaq.
"Binkovski Hotel"də məskunlaşacaq komandanın digər yoxlama görüşləri iyulun 27-də "Asteras Tripolis" (Yunanıstan), avqustun 1-də isə AEL (Kipr) klubuna qarşı olacaq.
Oxşar xəbərlər
Azərbaycan taekvondoçusu Avropa birinciliyində gümüş medal qazanıb
Azərbaycanın yeniyetmə taekvondoçusu Elmir Səlimov (53 kq) Yunanıstanın paytaxtı Afinadakı Avropa birinciliyində uğurlu çıxış edib. Bu barədə BAKU.WS-ə Azərbayc...