"Neftçi" Emin Mahmudovun qolu ilə tarixə keçdi
Yeniliklərdən dərhal xəbərdar olun
"Neftçi" Azərbaycan çempionatlarında 150-ci penaltisini vurub.
BAKU.WS Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, bu, Misli Premyer Liqasının XXIV turunun "Qəbələ" ilə səfər matçına (3:1) təsadüf edib.
Emin Mahmudov komandasının ikinci qoluna 11 metrlik cərimə zərbəsindən imza atıb.
1992-ci ildən keçirilən ölkə çempionatlarının daimi iştirakçısı olan "ağ-qaralar" 34 mövsümdə vurduqları 150 penaltidən 120-ni qola çeviriblər. Paytaxt təmsilçisinin dəqiqlik faizi 80-ə bərabərdir.
"Neftçi" turnirin tarixi ərzində vurulan penalti sayında yalnız "Qarabağ"dan geri qalır. Hər iki komanda 1992-ci ildən Premyer Liqanın (əvvəl güclülər dəstəsi) daimi iştirakçısıdır.
Qeyd edək ki, "Neftçi" ilk penaltisini 1992-ci il mayın 8-də Sumqayıt "Xəzər"i ilə qarşılaşmada vurub. Yunis Hüseynov komandasına 1:0 hesablı qələbə qazandıran qola imza atıb.
Oxşar xəbərlər
Batrakovun qolları "Qalatasaray"a qələbə qazandırdı
UEFA Çempionlar Liqasının liqa mərhələsində Türkiyənin "Qalatasaray" klubu Almaniya təmsilçisi "Ştutqart"ı qəbul edib. BAKU.WS xəbər verir ki, İstanbulda keçiri...