"Neftçi" 33 il sonra bu mərhələdə dayandı
Azərbaycan kuboku tarixində ilk dəfə "Neftçi" 1/4 finalda iştirak etməyəcək.
BAKU.WS PFL-in saytına istinadən xəbər verir ki, 1992-ci ildən keçirilən turnirin əvvəlki 33 mövsümündə səkkiz ən yaxşı sırasına düşən "ağ-qaralar"ın əbədi seriyası sona çatıb.
Bu, Azərbaycan kubokunun 1/8 finalında baş verib. Bakı klubu "Zirə" ilə matçın əlavə vaxtında uduzub – 0:1. Zirə İdman Kompleksinin stadionundakı qarşılaşmayadək "Neftçi" kubokda həm bütün mövsümlərdə iştirak edən, həm də daim 1/4 finalda olan yeganə komanda idi.
Qeyd edək ki, "səkkizlik"də iştirak sayında 2-ci olan "Qarabağ" 26, 3-cü olan "Şamaxı" 19 dəfə bu mərhələdə iştirak edib.
Oxşar xəbərlər
Çempionlar Liqası: "Real" qələbə qazanıb, "Mançester Yunayted" məğlub oldu
UEFA Çempionlar Liqasının əsas mərhələsinin III turuna 9 oyunla yekun vurulub. BAKU.WS xəbər verir ki, "Bavariya" "Arsenal"la, "Real" "Leyptsiq"lə qarşılaşıb. H...